T

İslami

Təbriz Hüseyni
Ey dil, həqiqət əhlinin Həqqin difa elə.
Daim vəfalı kəslərə layiq vəfa elə.
Axtarsan abi-zəmzəmi, lütf eyləyər sənə,
Sə'y eylə, kuyi-dilbəri Mərvə-səfa elə.
Nuri-Rəsuli-Əkrəmə xatir, zühur edib
Mövlam, məriz qəlbimə acil şifa elə.
Peyğəmbərin vəsisinin haqqın dananlara,
Ya Rəbb cəfa elə, nola ya Rəbb, cəfa elə.
İnkar edən rəzil'dir Allahın elçisin,
Təsdiqinə dəlalət edir ''Qul Kəfa'' elə. *
Baği-xəlaiqin ey olan ilk' meyvəsi,
Ömrüm hədiqəsin sən özün bəsafə elə.
Min-min dualar eylədi Təbriz, vüsal üçün
Bir dəm nəzər bu aşiqə Ya Müstəfa, elə. (s)
* Qurani-Kərim, isra 96.
©tebriz44