_

**istəmirəm mən**

İlk görüşümüz idi sənlə bərabər
O günü unutmaq istəmirəm mən
Gülüşündü dünyalara bərabər
O gülüşü unutmaq istəmirəm mən
Üzündə güllər açardı hər gün
O gülü soldurmağ istəmirəm mən
Gözlərin içində azardım hər gün
Yolumu tapmaq istəmirəm mən
Yollar çox uzundu gəlmə deyirsən
Mənə görə əziyət çəkmə deyirsən
Gəldiyin yoluda qayıt deyirsən
Bu yolu qayıtmaq istəmirəm mən
Mən gəldikcə elə bil uzaqlaşırsan
Qəlbinin yoluna hasar çəkirsən
Bu yolu geriyə Dön! Dön! Deyirsən
Sənsiz dönməy istəmirəm mən
©senanpoems