S

İSTƏRƏM

Kərbəla torpağı müqəddəs məkan, 
Qoynuna qədəmi basmaq, istərəm. 
Öpüb imamımızın hərəmini mən, 
Zikir edib namazım qılmaq, istərəm.
Allahım qismət et,arzuma çatım, 
Göz yumum orada uyuyub yatım, 
Hüseyin deyərək bağrıma basım, 
Yaralı o, canı sarmaq, istərəm. 
Mənim məhəbbətim əhli-beytədi, 
Şəhadət dilimdə ürəyimdədi, 
Xəyalım bu yerdə səyahətdədi, 
Müqəddəs torpağda qalmaq, istərəm.
Qulağımdan getməz müqəddəs azan,
Ziyarətə yazsın bəxtimi yazan,
Seymur gördüyünü oxuyan ozan,
Bir gün haqq aşığı olmaq istərəm
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
©sönmez_s.p