Bağlandım mən niyə sənə bu qədər
Onsuzda bilirdim alınmayacaq
Kaş mənim həyatım olmazdı belə
Kaşki biz birlikdə olardıq ancaq
Kaşki bulanıq sular durulaydılar
Yaşamaq sevilib inam artaydı
Kaşki talehimiz yazılaydı bir
Gülüş üzümüzdən qəm qurudaydı
Kaşki sənin yolların tapmazdı məni
Həyatı səssizcə davam edəydim
Kaşki böhtanımız eşqə olaydı
Atmazdım heç sənə çıxıb gedəydim
Kaşki axtarmazdım o gözlərində
Məyyus bu qəlbimin gülüş açarın
Kaşki olmazdılar sənin hisslərim
Həmin baxışlarını sevən düçarın
Kaşki xatirələr olmasaydılar
Ömürü duyğusuz yola verərdim
Kaşki adın təkcə yazılmasaydı
Həmişə önümdə baxıb görərdim
Kaşki verməsəydi zərər bizlərə
Ətrafda baş verib olub bitənlər
Kaşki deyə-deyə öləcəm bəlkə
Yadıma düşdükcə sənlə ötənlər
😔😔😔
©huseyn_nn
_