Yata bilmirəm gecələr nədən?..
Düşmüşəm taqətdən, düşmüşəm əldən.
Niyə məhv oluram axı bu dərddən?!
Kaşki ağrılarım keçəydi bir gün..
Qaralıb talehim, qaralıb bəxtim,
Qəlbimə bir yarın həsrətin əkdim.
Yanan həsrətimi içimə çəkdim,
Kaşki ağrılarım keçəydi bir gün..
Sınıbdır qanadım halsız qalmışam,
Susuz çiçəktəki yaman solmuşam.
Ağlamaq istərəm mən axı dolmuşam,
Kaşki ağrılarım keçəydi bir gün..
Qaranlıq küçələr yar olub mənə,
Yaman bağlanmışdım ay gözəl sənə.
Sən getdin qaraldı bu bəxtim yenə,
Kaşki ağrılarım keçəydi bir gün..
Bu bəxtə bilmirəm ağlayım, gülüm?..
Qayıt gəl geriyə nazlı bülbülüm.
Belə yaşamaqdansa mən gedim ölüm,
Kaşki ağrılarım keçəydi bir gün..
Dərdimin dərmanı sən idin gülüm,
İstərəm dərdimi səninlə bölüm.
Onsuzda məni qorxutmur ölüm,
Kaşki ağrılarım keçəydi bir gün..
Zamana buraxdım düzələr dedim,
Dərdlər çoxalır zamanla bildim.
Bu həsrət yükünü axırki gördüm,
Kaşki ağrılarım keçəydi bir gün..
©sh.tural
T