E

Kim öz gəncliyindən də bir anda küsər?

İnan ki gülməkdən bezirəm hərdən
De İnsan nə qədər yalandan gülər?
Hüznünü içindən ataraq bəzən
Öz gəncliyindən də bir anda küsər ?
Deyirlər o dilin zəhər tuluğu
Gözlərin qəzəblə, kinlə doludur
Kimsə soruşmadı, sənə nə oldu?
Əcəbdir ,yolunuz günəş yolumu?
Bax Yaşayırsansa , aldanacaqsan
Küləyin yarpağı aldatdığıtək
Oxşayıb ağacdan ayırdı onu
Leylinin Məcnundan ayrıldığıtək
Baxırsan doğma da danışır yalan
Nə günah görəsən düşməndən yaddan
Qəlbində bir işıq parlayan zaman
Söndürər onu da ən yaxın insan
Mən səni sevirəm Ey Uca Rəbbim
Tək sənin varlığın mənə yetərli
Ölüm qoy yolunda cənnətə gəlim
Buralar sıxıcı buralar dərddir
©elm