Kiməm ki mən? Beynimdə tək soru var
Övladına çörək aparan bir atanın son yoluyam
Fil başlı Qaneşa'nın sol gözüyəm, yəni çox uluyam
Evində heç nə olmayan tələbənin son puluyam
Misirdə günəş tanrısı, vicdanımın quluyam
Cavanşirəm, hansı ki Dərbəndi tək qoruyam
Homerin yuxusuyam, əlilin tək qoluyam
Müsəlmanın qapısına asılı olan at nalıyam
Mehmana vurduğunuz, azadlığın qandalıyam
"Milenaya məktublar"ın üzgün sonuyam
Niyəysə bu günlərdə yenə də hüzn doluyam
Anamlayam göz yaşları yanağında quruyan
Görəsən kiməm ki mən? De görüm kiməm ki mən?
Soyuq məzarda üşüyən Rəfayılın oğluyam
©q_ramin
Q