E

Kimsənin Köləsisən məndən əziz

Son gedişin olsun xatirəmdən iz buraxmayacaqsansa əgər.
Bir təsəlli verəcək bu həyat mənə.
Sənli olmayan qaranlıq gecələrimə.
Sevgim sonsuz uzaq ellərə ayrı düşdüm.
Məcnun tək səhrada sənsizliyimlə susadım.
Uzaq könlüm uca dastan yazdı sonsuz ümidlərə.
Ayrı salmazdı yadlara bu sonsuz eşqimdən qırılmış tellərə.
Sənsizliyə darmış yıxılan dirəyim nə biləydim.
Baxışından uzaq yandırdığım siqaret kor olmuş tüstüsünü kimlərə buraxıb getdin sən.
Paralanmış qəlbimin aynasını sənin simanda canlandırdım.
Sınmış oxları batmış sən tuşladın qəlbimə.
Yenə yolunu azmış qurd kimiyəm təklikdə.
Buludlarda gizlənmiş ayın işığına möhtac canavar tək çarəsizəm.
Sonlu qəlbimdə sonzuz çıraqları söndürdün.
Varlığını hardan hiss edə bilərəm axı mən.
Gecələri telefon başında mesaj gözlərkən.
Necə bilərdim sən bir başqasıyla yazışdığını.
Sənə güvənmiş ikən sən bir başqasına qanad açdın.
Sevgini dərman vermiş bir cana qıymayıb zəhər verdin.
Mən sənin ikən bilməz oldum sən bir başqasının mələyisən.
Eşqimi odlara atdığım sən ikən bir başqasının çaxmağı oldun.
©elçinyusuf