Ö

Kimsəsiz Qadın

Müəllif Ömür Yazar
Kimsəsiz Qadın.
Dərdin yük olubsa çiyinlərinə,
Tulla,düşünmə ki bu dostun, yadın.
Kədərin yuxusun dəf edib daha,
Oyan, kimsəliykən kimsəsiz qadın.
Elə doymusan ki, dünya evindən,
Öyrədibdir sənə ləzzətin, dadın.
Artıq uçurumun düz kənarına,
Gəldin, kimsəliykən kimsəsiz qadın.
O ürkək baxışın od qoyar cana,
Qorxma çəkilsə də yüz dəfə adın
Sən qorxduqca dünya tutub yaxandan,
Vurar, kimsəliykən kimsəsiz qadın..
Sil o, gözlərindən dərd yağışını,
Axı azdan-çoxdan vardır savadın.
Yıxıldığın yerdən qalxıb, söylə ki,
Sağam, kimsəliykən kimsəsiz qadın.
©ömüryazar