Qəlbim qırılıb ovcuma batmış qırıq-qırıq,
Səssizcə axır qan bədənimdən ilıq-ilıq.
Dişlər bəyaz qiyafəli gözlər siyəh-siyəh,
Məna süzülüb ətrinə sanki qədəh-qədəh
Göylərdə bulud üstdə uzanmış mışıl mışıl,
Gözlərdəki parlaqlığı görsən işıl-işıl.
Nitqimdə edib ismini hər dəm şüar-şüar,
Düşdüm qovuşmaq eşqinə, gəzdim diyar-diyar.
Şəhrin hüznlü səmtinə vardıqda kubəku,
Hər vəch ilə gəzdim o gözəl ətri mubəmu.
©turalizm
T