Ç

Köç edəndə qaranquşlar

Fırtınalıdı dənizim..
Uzaq dur sahilimdən....
Qəlbim belə yanarkən,
Nə gözlərsən dilimdən?
Göz yaşım axar içimə,
Çatlar ürək çatır-çatır,
Çırpındıqca min biçimə
Düşür kədər,ruhum batır.
işıq verən səssiz yanar,
Görünməz şamın göz yaşı.
Birgün gələr,ruhum sönər,
Yıxılarsan addımbaşı .
Guruldamır,səssiz yağır,
Hopub gedirəm ,bağışla!
Ruhum bədənimdən çıxır,
Qopub gedirəm bağışla!
Birgün susar boz sərçələr,
Ətəkdən tökülər daşlar,
Dilarə,yerin görünər,
Köç edəndə qaranquşlar.
©çarıkçı