"Verdiyini kəsir hərə"
Verdiyini kəsir hərə,
Bu ondan, o bundan kəsir.
Üzümüzə gülə-gülə
Hamı əl altından kəsir.
Kəsir qardaş-qardaşından,
Yağan bulud - yağışından,
Ağlayan göz - göz yaşından,
Ağız da, dadından kəsir.
Hərə bir cür ölçüb-biçir,
Nə çoxdu oğrusu, bici,
Hamı Allaha and içir,
Allahın adından kəsir.
...Allah kəsir verdiyindən;
Dən düşür quş dimdiyindən,
Gülün-çiçəyin iyindən,
Ocağın odundan kəsir.
Xanımların qaş-gözündən,
Kiminsə bol süfrəsindən,
Kiminsə son nəfəsindən,
Axır saatından kəsir...
©tarlan
T