B

əl açıb ALLAHdan səni isdədim

əl açıb Allahdan səni istədim.
dedi mələyimi vermərəm ələ
dedim vermirdinsə niyə sevdirdin
dedi bildiyim var biraz səbr elə..!
dedimki İlahi gücüm çatmır tək
verim bu sevgini biraz sən daşı
dedi müqəddəsdir zəmzəm suyutək
sevginin uğrunda axan göz yaşı..
dedimki Allahım günahdır axı
bəzən ondan ötrü səndən küsürəm
dediki sevginin günahlarını
qorxma ayağından özüm silirəm..
dedim onu məndən alır özgələr,
buda sən yazan bir qismətimdir.
dedi ayırsada sizi döngələr,
mənim dərgahımda ancaq sənindir..!