M

🥀 ...ƏLİDİR...🥀

Kəbədən qədəm qoyan dünyaya bir tək Əlidir
Zalıma qan udduran qüvvəli aslan, Əlidir
Elmidə bənzər olan dəryaya bir tək Əlidir
Quranın bənzəridi, Natiqi-Quran, Əlidir
🍃...🥀...🍃
Elə bir zərbə vurub, külli-ibadətdən uca
Elə bir bəndə olub, külli-itaətdən uca
Elə bir adil olub, külli-ədalətdən uca
Məzlumun dostu olan, zalıma düşman, Əlidir
🍃...🥀...🍃
O İmamət gülüdür, Rəsuli-Əkrəm gülüdür
Həm Onun qardaşıdır, həm bağının bülbülüdür
Bizə rəhbər biridir, çünki O, Allah quludur
Allahın neməti bu, dərdlərə dərman Əlidir
🍃...🥀...🍃
Verdi dünyaya talaq, üç kərəm ol Şahi-Nəcəf
Həsrət etdi qəlbinə, şeytanı bil, Şahi-Nəcəf
İntizar Cənnət Ona, səndə de dil: "Şahi-Nəcəf"!
Məhşər günündə mizan, əyilməz iman, Əlidir
🍃...🥀...🍃
Əlini mədh eləyən, qələmlər aciz qalacaq
Onu öyrənmək üçün, elimlər aciz qalacaq
Rabil, Onla vuruşan, zülümlər aciz qalacaq
Onu tək Tanrı bilir, bizlərə pünhan Əlidir
🍂QəmliAşiq🍂
©qemliaşiq