1-ci hissə
Hamının fikri budur torpağı azad eləsin
Yol tapıb müşkülün həllini icad eləsin
Vətənin vardı Mübariz kimi mərd oğulları
Hər oğulun işi deyil şücaətdə ad eləsin
Şükür Allaha ki çaldıq zəfər Qarabağda
Erməni kimdir ki abad yeri bərbad eləsin
Vətənin neçə uşaq atalarını,oğulları itirdik
Niyə yazıq uşaq "ata" deyə fəryad eləsin
Oğul həsrəti ilə yanır fəğan edir, analar
Axı yazıq bu hala necə mötad eləsin
Yer üzündə müharibələr, heç olmur əksik
Kimi torpağ üstündə,kimi cihad eləsin.
©azeri_şair
D