Həsrəti qəlbimdə tikan eylədin
bi'ganə olduğnu əyan eylədin
car çəkib rusvayi-cahan eylədin
eşq bağını nəfsi-xəzan eylədin
kədərdi hər anım mənim əlvida
əlvida cananım mənim əlvida.
Ömürü əzabla bitirir həsrətin
sevən bir aşiq itirir həsrətin
qəlbimə atəş yetirir həsrətin
dərdin üstə dərd gətirir həsrətin
çox üzülür canım mənim əlvida
əlvida cananım mənim əlvida.
Dar günümdə olmadın köməyim də
soldu səadət adlı çiçəyimdə
heç oldu hər arzum-dileyimdə
sevib peşiman oldum bu ürəyimdə
yox sən kimi xanım mənim əlvida
əlvida cananım mənim əlvida.
TƏNHA AŞİQ .
©tenhaasiq
T