yazdım vida nəğməsini
oxu duyum qəmgin səsini
gözün tutub özgəsini
get sənə əlvida əlvida
get sənə əlvida əlvida
Vəfasız cananım sənə
mən necə inanım sənə
oldu cavan canım sənə
eşqim üçün fəda əlvida
get sənə əlvida əlvida.
Ey sevən qəlbin düşməni
özümə dost bildim səni
bir TƏNHA AŞİQƏM məni
verdin nəfəsi bada əlvida
get sənə əlvida əlvida.
©tenhaasiq
T