T

💞💞ƏMANƏT SƏNƏ💞💞

Çəkirəm əzabı neçə müddətdi mən
uğrunda əydim şux olan qətdi mən
bu qəlbim ALLAH'dan əmanətdi mən
verdim əmanətmi əmanət sənə.
qəlbim olub eşq ilə ülfət sənə.
RƏBB'İM eşq üstə xəlq edib dünyanı
oxu Fərhad Şirin, YUSİF Züleyxa'nı
Leyli'çin Məcnun dolaşan səhranı
ibrət al olsun bular ibrət sənə.
qəlbim olub eşq ilə ülfət sənə.
Nə üçün axı yaradın imkan belə
üzə bu sevən qəlbləri hicran belə
etdin özüvi nəfsinə qurban belə
gör bir nələr yaşatdı şəh'vət sənə.
qəlbim olub eşq ilə ülfət sənə.
Gözündə ölmüşəm bir mənada mən
dedim qərar vee ya para yada mən
TƏNHA AŞİQ'əm qoca dünyada mən
qalıb bu qəlbim necə həsrət sənə.
çünki olub eşq ilə ülfət sənə.
💘💘💘💘
TƏNHA AŞİQ.
©tenhaasiq