Mən səni gedəndən öldü bilirdim,
Qəlbimsə yaşadıb səni var kimi.
Mənim xoşbəxtliyim yollarda qaldı,
Ünvansız yazılan məktublar kimi.
Səni harda gəzim, harda axtarım?
Bu yollar uzundur, sonu bilinməz.
Sənintək o qədər vəfasız var ki,
Vəfalı kimidir, donu bilinməz.
A