B

meydan olanda

O vax deyirlərki sözdür müqəssir
Bir bədən bir dilə qurban olanda
Bilmirik başdadı dildədi təqsir
Meydan suluyuruq meydan olanda.
Dünya bir oyundu hamını yorır
Kimisi yıxılır kimisi durır
Zəmanə şeytanın əlin qaldırır
Cəhənnəm yolunda karvan olanda
Meydan suluyuruq meydan olanda
Ceyranın ədası əlinnən gedər
Siçanlar pişiyin ətini didər
Əlbətdə tülkilər ağalıq edər
Aslanlar it kimi peşman olanda
Meydan suluyuruq meydan olanda
Çox vax həqiqətlə xəyal barışır
Qulaqlar tutulur ara qarışır
İnsanlıq hakkında hamı danışır
İnsan olmuyanda insan olanda.
Meydan suluyuruq meydan olanda
Özümin özimə bir sualım var
Bilirsən nə zaman getdi həya ar
Pulun xatirinə soyuq qadınlar
İsti qucaxlara mehman olanda
Meydan suluyuruq meydan olanda.
©behruz_010