Yar gedəli məndə günəşsiz qaldım
Sevgim qışın soyuğundan soyuğdur
Məzarı üstdə mən xəyala daldım
Qara torpağ görən indi soyuğdur?.
O gedəndə yay bitmiş payız idi
O payız solan ağaclar deyildi
Mənim erkəndən solmuş gül ömrümdü
Hə güllərimində boynu əyildi.
Məzar təsəllim deyil ola bilməz
İlk öldüyün görəndə qışqırdım ki,
Yox mümkün deyil axı ölə bilməz!
Amma boşunadır demək "ola bilməz".
Artıq bəlkə məndə qəbullanmışam
Gedən dönmür gedən ancaq gözləyir
Keçən zaman mənə çox şey öyrədib
İndi mən yox yarım məni özləyir.
Artıq gün sayıram gün tez keçir
Gedir ömrüm heçdən zatən istəməm
Boğazımdan ancaq bircə söz keçir
Yarsız dünya həyatında istəməm.
©darya_isaq
D