Budur , bir oğlan dayanıb soyuq səkidə
Əlində çiçəklər , gözündə kədər
İndi batır qəlbinə soyuq gecələr
Üzündə quruyan göz yaşı qədər
Ömründən aldığın sənsiz gecələr
İndi qəlbi ağrıyır , nəfəsi donur
Gündüzlər qırılan ümidi qədər
Qəlbini doğrayır soyuq gecələr
Küçə lampasının son parıltısı
Qalan ümidinin son qırıntısı
Közərib , titrəyib sönənə qədər
Günəş şəfəqini göstərənədək
O gecə yolunu gözlədi oğlan
Gəlmədin , gəlmədin.
Məhəbbətini , heç olmamış kimi gizlədi oğlan
©azeriyazar
A