Dünya evi məhbəs biz o məhbəsdəki məhbus
Çatmaz bizə ondan belə bir xeyri də əfsus
Hər kim ona bel bağlasa yalqız qalacaqdır
Gəl bax bu qədər yalqıza bir söz demədən sus
Qoyma boğazından haram olmuş tikə keçsin
Eylər səni naqis onu həzm eyləməmiş qus
Dünya nə qədər kəslərə zindanlıq edibdir
Hər kim ona uysa demə yox onda ağıl, us
Min hiylə, kələklə yanaşır hər kəsə bir cür
Təklif edər əlbət sənə ən öndəki yarus
Rabil, özünü gəl qoru min hiylə, şərindən
Vermə belə fürsət ona hər dəm nəzər et, pus
🍂QəmliAşiq🍂
©qemliasiq
M