Bir an üzümə bax, cahan mənim olar,
Sənsiz dünya mənə nar-cəhənnəm olar,
Ayrı qalma məndən sevgi versən nolar,
Hicran əzabıdır öldürən aşiqi.
Şəhiq etdin məni kəfən lazım yarə,
Sənsiz həyat mənə, sanki zillət, qarə.
Sevgin yoxdur mənə, qəlbim parə-parə.
Hicran əzabıdır öldürən aşiqi.
Mənim yarımdır o, kövneyndə mələyim,
Nəqqaş yaratmış ki, olasan kövkəbim.
Səninlə gözəl ədn, sən mənim fələyim.
Hicran əzabıdır öldürən aşiqi.
©hemidguney
H