Bir çətinlik bitməmiş digəri baş qaldırır
Allah, bu nə zamandı "kişi" də qaş aldırır?!
"Kişi" var ki, ağzında bir söz saxlaya bilmir
Qadın var qeyrətlidi, bunlar bəs niyə ölmür?!
Ya zaman dəyişibdi, ya insan dəyişibdi
Qorxaq olub susmağa bunlar day öyrəşibdi
Boğulur dünya artıq bu günah dənizində
Batırıblar ahını məzlumun, kənizin də
Bir nəzər et, İlahi, bu yatan insanlara
Vicdanın var-dövlətə bu satan insanlara
Təmizlə dünyamızı günah bataqlığından
Dünya bezib bunların belə yaltaqlığından
Yaxşıya yaman olan neçə nankor olandan
Özünə nirfrət edir dünya sizlə dolandan...
Məhv et bu insanları, məhv et, qoyma sabaha!
Qoyma uzatsın əlin, qoyma, bir də günaha!
🍂QəmliAşiq🍂
©qemliaşiq
©qemliasiq
M