R

Mirzə Ələkbər Sabir yaradıcılığından:

Dəyişib dövrü zaman, hamı gümandan danışır!
Molla rüşvətxanadan, kafir imandan danışır!
Bir zaman eşşəyimiz arpa bəyənməzdi bizim,
İndi eşşəkdə ölüb, at da samandan danışır!
Qalmayıb sevgi-məhəbbət işığından bir ümid,
Məcnun artislik edir, Leyli yalandan danışır!
Keçmişdə məşhur olan "qəhrəman aslanlarımız",
Meşəyə girmək üçün indi siçandan danışır!
İstədim dillənib öz haqqımı isbat eləyim,
Dedilər:"Pulsuz olan insan haçandan danışır?!"
Salam olsun qəlbi təmiz insanlara!
©riyaziyyat