Y

MƏN

Gördüm rəngi solan o, gül yarpağı,
Bu gün bir kitabın arasında mən.
Bacımın kədərli dərdini duydum,
Yanan ürəyimin yarasında mən.
Ona həyan olaram ömrüm uzunu,
Yox, darda qoymaram anam qızını,
Görürəm bəxtinin dan ulduzunu,
Gülən gözlərinin qarasında mən.
Sənə bir şey olmasın ömrümdə solsa,
Ürəyim qan ağlar gözlərin dolsa,
Gələrəm bir payız sənə toy olsa,
Olsamda dünyanın harasında mən.
©yalin