M

Mənə

Gülüm bu sevgi ilə sən verdin qəmi-kədər mənə.
Ürəyim az qalır dura xəlvət baxanda hər mənə.
Mən bu ümidlə hər dəfə çıxardım onun yoluna,
Bəlkə o rüxsarın açar səni sevirəm deyər mənə.
Bircə o, nur camalını görməkdən ötrü ey gözəl,
Zülm qalmadı çəkmiyim yaşatmadın nələr mənə
Məzar içində cismimi görüb gəlmə əfqanə sən,
Öləndə neynirəm axı sağlıqda ver dəyər mənə.
Qəlbini almaq istədim şirin dil ilə mən sənin,
Sənsə ilan tək sancdın bəxş elədin zəhər mənə
Məni eşq içrə yandırıb,çox ahuzarlar vermisən,
Əziyyət verən olmadı gülüm sənin qədər mənə.
Tural həvəsdən düşmür yazır şeir, qəzəlləri,
Bəlkə bir vaxtı anlayar sağol deyər bəşər mənə.
M.Tural
©mammadovh