#######################
Bir baxışla həyatım dəyişdi
tamam
onun eşqi ilə eetdim ömürmə
davam
ey məni rahat asanlıqla unutan
adam
bir vaxt sevən qəlbinin sevdası
mən idim.
########################
Təmiz olur niyyəti qəlbi pak və
təmizlərin
acı bir xatirə qaldı mənə o,acı
sözlərin
indi mənə nifrətlə yad baxan o,
gözlərin
gündüzlər xəyalı, gecə röyası
mən idim.
#######################
Sən bir nakam eşqin qatilisən ey
zalım
artıq dərd də çəkməyə qalmayıb
halım
necə rəva gördün ki mən sənsiz
qalım
bir vaxt var idi ömrüvün mənası
mən idim.
########################
TƏNHA AŞİQ'əm qıyma öləm
qəm qəfəsində
necə sənsiz şad deyib güləm
qəm qəfəsində
tənha fəryad eliyən bülbüləm
qəm qəfəsində
çünki o, gülün bülbülü şeydası
mən idim.🕊
#######################
©tenhaasiq
T