Mən körpəyəm
Gülüşümlə bəslərəm
Mən körpəyəm
Gəlişimlə
Mələkləri səslərəm
Süslərəm bir çoxun
Xəyal dünyasın
Qaranlıq gecədə
Şirin röyasın
Mən körpəyəm
Ulduzlarla oynayıb
Ayla gəzərəm
Mən sakit bir çayam
Çılğın Xəzərəm
Gözlərimlə bir ümman
Sevinc bəxş edib
Kiçik atdimlarla
Kədər əzərəm
Mən körpəyəm
İstərəm yeyim oynayım
Xəyallar qurum
Nənəmi babamı
Bir azciq yorum
Anamın qoynunda
Şirin yataraq
Ata sığalıyla yuxudan durum
Mən körpəyəm
Yalvarıram
Mənə pislik öyrətmə
Öyrət həyatdakı
Yaxşını mənə
Üzümə vurduğun şilləni deyil
Öyrət sevgi dolu
Baxışını mənə
Öyrətmə hıçkırık dolu
Ahı mənə
Öyrət mənə ruh verən
Hər vaxt səsimi duyan
Allahı mənə
Mən körpəyəm
Söz səndən çox
Şey istəməm
Səndən yıxılanda
Kömək istəməm
Yeməyimi az et
Sevincimi çox
Təbəssümümu var eylə
Üzüntümü yox
Mən körpəyəm
Allah babadan əmanətinəm
Məni məndən alıb
Xəyanət etmə
Əmanətə sahib çıx
Uzağa getmə
Mən körpəyəm
Mənim ümidimi
Xəyallarımı
Mənim bapbalaca arzularımı
Mənim sevincimi əlimdən alma
Məni qaranlıqda tək buraxaraq
Məsum həyatımı yerlərə salma
Soyuq gecələri
Öyrətmə mənə
O isti qoxunla
Uyuyum yatım
O gözəl səsinlə
Layla de mənə
Həmən o laylani
Ömrümə qatim
Mən quyu içində
Yatan Məryəməm
Mən hələ 3 yaşında
Allah dərgahına çatan Məryəməm
Mənim adım yoxdu
Mənim arzum yox
Mən artıq soyuqdan
Donduğum üçün
Mənim siz tanıyan
Kiçik üzüm yox
Mən sevgi görmədim
Soyuqdur yerim
İndi vicdanına bir sual verim
Bizi nifrət ilə görən gözmüdü?
Mən körpəyəm
Körpəlik həyatmıdı?
Yoxsa sözmüdü?
©t.celil
T