Eşit, Tanrım, dediyim bu ağır kəlmələri
Mən qorxaqlar içində yaşamaq istəmirəm!
Sökürəm qəlbimdəki qorxulu ilmələri
Mən qorxaqlar içində yaşamaq istəmirəm!
Sən bilirsən nə qədər mənə ömür yazmısan
Qəlbimdə Vətənimçün yuva da sən qazmısan
Bir halda ki, deyirlər:"Sən yolunu azmısan"
Mən qorxaqlar içində yaşamaq istəmirəm!
Üzümüz gülür deyə deyirlər ki mətindir
Belə ağır dərd ilə yaşamaq çox çətindir
Həyatı dayandırmaq tək sənin sənətindir
Mən qorxaqlar içində yaşamaq istəmirəm!
🍂QəmliAşiq🍂
©qemliaşiq
M