M

🥀Mən sənə olan sevgimi sevdim🥀

Mən səni qəlbimdə yaşatdım hər an
O zaman mənimçün olmuşdu dar an
Hamı unut dedi, hamı sil dedi
Mənsə unutmadım səni heç bir an
🍂...🍃...🍂
Söylə səndən ayrı yaşayım necə
İndi bax dönmüşəm tamam bivecə
Gecələr səninlə xəyal qurardıq
İndi dərd qururam hər gün, hər gecə
🍂...🍃...🍂
Bəlkə də özümü aldatdım belə
Nə qədər arzunu mən verdim yelə
Qəlbimdə yatmışdı sakit dəryalar
Rabil, o gedəni dönübdü selə
🍂QəmliAşiq🍂
©qemliaşiq