T

MƏNƏ YAR RƏHM ELƏ

Mən gün görmədim zalım dünyada
gəncliyi də həsrət ilə vermişəm bada qərq oldum hicran adlı dərin-dəryada
yetər artıq ya bir yolluq gəl öldür yada
məndə insanam mənə yar, rəhm elə.
Mən o,qarə gözləri görmək həvəsində
məğlub oldum həsrətə ölüm nəfəsində
uyub əğyara qaldın şəhvət koməsində
mənsə yolunu izlədim qəm qəfəsində
üzür bu tənha qəlbi ahuzar, rəhm elə.
Qəmin,kədərin cəm olub keçmiş izlərə
qəlbim yanır həsrətlə yanan közlərə
özgəyə doğma olub yad oldun əzizlərə
vəfasız sənə görə qan ağlayan gözlərə
zalım kimi rəva görmə intizar,rəhm elə.
TƏNHA AŞİQ səbr et bir gün intiqam gələr
yenədə o, xoş həyata davam gələr
bir anda yox olan aram-aram gələr
o, gün mütləqdir bir məqam gələr
vəfasız yalvarar BƏXTİYAR rəhm elə.
TƏNHA AŞİQ.
©tenhaasiq