Ömrüm artıq daralıbdır,
Yanan qəlbi yar alıbdır.
Yer üstünü qar alıbdır,
Buz tutubdur küçələr də,
Mənasızdır gecələr də...
Arzu istək puça dönüb,
Niyə belə şəmim sönüb.
Həyata marağım ölüb.
Dadsız olub içkilər də,
Mənasızdır gecələr də..
Dostlar baxır indi pula,
Çevrilmişik bizlər qula.
Ətraf aləm dönüb çula,
Susuz qalıb bitkilər də,
Mənasızdır gecələr də..
Tural, dünya olub fani,
Can da alır, bil ki cani.
Taxtdan saldı Süleymani
Gəldi keçdi neçələr də,
Mənasızdır gecələr də.
🍃Şeir: Tural Şahverdiyev
©sh.tural
T