A

Məni....

Yetimtək boynumu bükərəm sənsiz,
Buludtək boşalıb-dolaram sənsiz,
Usaqtək küsərəm, ağlaram sənsiz,
Bu həsrət incidər, bitirər məni...
Yollara baxaram özü görünməz,
Getdiyi yolların izi görünməz,
Hər yerdə axtarar gözüm, görünməz,
Bu həsrət, bu nisgil bitirər məni...
Özümü özümdən alıb bu həsrət,
Olmazın bir dərdə salıb bu həsrət,
Sanki ölüb ruhum, qalıb bir cəsəd,
Dəli bir rüzgara döndərib məni...
©amine571