S

MƏNİ ÖZÜN KİMİ SEVƏSSƏNSƏ GƏL

Qayğılı qayğılı baxma üzümə 
Nəzər et,yollara düşən izimə
Sən Allah diqqət et qəlbdə sözümə 
Məni özün kimi sevəsənsə gəl.
Yetiş vüsalını dadım bir anda 
Qalmayaq aralı ayrı,bu yanda,
Əgər xatırlayıb,duyub ananda,
Məni özün kimi sevəsənsə gəl
Al dəniz eşqimi verim çalxala,
Yada ki coşginən özün dalğala,
Qəlbimi səntəki söylə kim ala,
Məni özün kimi sevəsənsə gəl.!
Biraz ərköyünəm uşaq kimiyəm
Məhəbbət eşqindən bihuş dəliyəm
Səni arzulayıb,səni istərəm 
Məni özün kimi sevəsənsə gəl.
İstə ürəyindən keçəni dilə,
Dodağın büzərək bir  az naz elə ,
Nə olar uzağı özün yox eylə 
Məni özün kimi sevəsənsə gəl.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
07.10.2019
©sönmez_s.p