Bitdi bu məhəbbət göz yaşlarıynan,
Biz niyə ayrıldıq sonunda belə?
Süz məni o,suyuq baxışlarınla
Məni unutmağa tələsmə hələ!
Əyilməz sevgimə bax dağ bil məni,
Şirin bir röya təki bağ bil məni,
Desələr ölmüşəm sağ bil məni,
Məni unutmağa tələsmə hələ!
Nur saçan qəlbimdə bəzək kimisən,
Ömrümü bəzəyən çiçək kimisən,
Köksümdə döyünən ürək kimisən,
Məni unutmağa tələsmə hələ!
©yalin
Y