Nəfəsi gül qoxulu
Bahar ətirlim mənim
Sinəsi sözlə dolu
Sirli sehrlim mənim
fikri xəyali düzgün
hüsnü camalı düzgün
əqli kamalı düzgün
dərin fikirlim mənim
Gözdən inci süzmə gəl
Yad hökmünə dözmə gəl
Ümidini üzmə gəl
Dərya səbrlim məni
©vessel
X