Xudam arxa-dayaq, həm də təkanım mənim,
Saqiyi-Kövsərdir ümid məkanım mənim.
Məcnunun Leylitək ruhi-rəvani, cani,
Vamiqəm, Üzradır canıyananım mənim.
Binəva Fərhaddtək dağlara saldım meyli,
Çün yoxdur Şirinim, ol mehribanım mənim.
Quyuda Yusif yox, mən idim edən nəva:
+ Ləbləri şirinim, qönçə dəhanım mənim.
Bimaram fərağından, sənsiz biçarəyəm,
Hardasan sən ey halıma yananım mənim.
Ağ bənizli, zülfü qarə, necə tərif edəm?
Gündüzü rəxşəndə, gecəsi gəyanım mənim.
Gülün bülbülü yox, bayquşlar xarabada,
Heyif bərbad olub, mülki-viranım mənim.
Tərlan, Ninovalılara uysam Yunistək,
Olar balıq mədəsi zindəganım mənim.
©poeterlan
P