Dünyaya gəldiyim gündən bəridir
Sevirəm hər kəsi , sevgim bəllidir
Kin , nifrət , xəyanət uzaqdır məndən
Sədaqət , mərhəmət xeyli zəngindir
İkinci sevgimdir , qəlbimdə anam
Birincisi Allahdır , ondan alıram ilham
Odur məni sevən , yaşadan , doğmam
Onsuz mən sadəcə , ölmüş bir ruham
İnsanlar eynidir , vahid qəlblidir
Sevgi nədir bilməzlər , zəif nöqtədir
Anam mənim qəlbimdə tək yerdədir
Sevirəm anamı mən , o solmaz bir çiçəkdir
Anam və mən nə qədər ki sağlamam
Az ağlaram , xoşbəxtəm mən , azadam
Anamsız mən solaram , yaşamaram
Çox sevirəm anamı , hər zaman minnətdaram
Anam öyrətdi mənə sevməyi , hiss etməyi
Əl tutub hər kəsə yardım , kömək etməyi
O böyükdür , özəldir , yaxşı ki varsan anam
Bir yerdə , bir ürəklə bu yollardan keçək mi ?
Dünyaya bir daha gəlsəydim əgər
Sənə verərdim yenə də ən böyük dəyər
Varlığı ilə dünyamızı rəngləyər , bəzər
Mənim anam göydən gələn Mələyə bənzər
Sevin ananızı , öpün , qoxlayın
Varlığını hiss edin , sevgi ilə boyayın !
Sonraya saxlamayın , sonda peşman olmayın
Sevməkdən , hiss etməkdən qorxmayın , addımlayın !
©melekzade
M