Nə gözəl yaraşırdıq mən ilə sən
Fərqindəmiydin səni çox sevirdim
Həmişə soruşardım ki necəsən
Mən yaxşıyam sən yaxşı ol deyirdin
Məndə gizlənən bu hisslər, duyğular
Səndən mənə ən gözəl xatirədir
Qəlbimdə gəzinən ağrı-acılar
Bəxş etdiyin ən gözəl hədiyyədir
Mən ilə sən yada ki sən ilə mən
Düşüncələrimiz fərqli deyildi
Səndən uzaqda ölmüşəm deyəsən
Sənsiz həyatda heç rəngli deyildi
Kaş biz düşünəydik səhvlərimizi
Hər şeyi dümdüz yoluna qoyaydıq
Ayırmazdıq soyuyan əlimizi
Yaralarımızı bir-bir saraydıq
Sənlə mən bilirsən başqa cür idik
Bəzən yad görünərdik bəzən eyni
Nə olursa olsun təki sevirdik
O zamanlar bilirdik nədir sevgi
İndi bu gün, de görüm nə dəyişdi
Ya dəyişən sən oldun ya da ki mən
Bu nə əcayib bir gəliş, gedişdi
Asan gəldin ağır oldu gedərkən
Həsrət gedişin kimi ağır gəldi
Nə götürə bildim nə də qaldıra
Səndən qalan vərəqimdə şeirdi
Nə cıra bildim nə də ki yandıra....
©alican
A