V

Molla əmi (Bütün saxtakar din adamlarına ithafən)

İstəmərsən sağ ola bircə nəfər molla əmi
Əzrayılla çalışırsan bərabər molla əmi
Üçü var yeddisi var cüməsi var qırxı,ili
Qazanırsan ölüdən gör nə qədər molla əmi
Oxuyassan Quranı pulla əgər bilsə ölü
Xortduyar qəbrindən tez dirilər molla əmi
Aldatıb milləti cənnətlə cəhənnəmlə özün
O qədər şey eləyirsən bixəbər molla əmi
Vardısa ölülərçün sorğu-sual o dünyada
Verəcəksən cavab orda nə təhər molla əmi
Bu qədər yalan deyib aldadanda milləti bəs
Vicdanın sızlamırmı heç gecələr molla əmi?
©vusaljafar