A

Məşhədim...(07.08.2018)

Neçə ildir həsrətinlə yaşadım,
Bu arzunu ürəyimdə daşıdım,
Rəbbim qismət etdi səndə yaşadım,
Neçə günlük Cənnətimi, Məşhədim.
Unutdum dünyanın qayğılarını,
Səndə tapdım gözəl sirdaşlarımı,
Səndə qoyub gəldim günahlarımı,
Təmizləndim, təzələndim, Məşhədim.
Səndə çatdım Allahın dərgahına,
Səndə çatdım Allahın sevgisinə,
Dualarım qarışdı göz yaşıma,
Dualarım qəbul oldu, Məşhədim...
©amine571