Nəfsi-əmmarə ilə mən ki, mücadilədəyəm
Bir ömürdür ki, onunla bu müharibədəyəm
Məni təhdid eləyir ki, nəyi varsa alacam
Bu səbəbdən bu kələkbazla mübarizədəyəm
Əl atır cürbəcürə hiylə, kələkli oyuna
Baxıram ətrafa zalimlə mühasirədəyəm
Qisas almaq niyyətiylə mənə min zərbə vurur
İndi də, başqa səbəb ilə müsadirədəyəm
Mən də, Merac, yığaraq əql ilə imanı bura
Yeni bir zərbə üçün indi müşavirədəyəm..
🍃MERAC🍃
©merac
M