M

🍃Müstəqillik yolunu bizə göstərənlərə...🍃

Neçə əsər, şeirlər yazılsa azdır yenə,
Ölkəmə müstəqillik, hürriyyət verənlərə...
Rəhmət olsun hər zaman.. illərin işlərini,
İyirmi üç ay içrə şövq ilə görənlərə...
Müstəqillik yolunu bizə göstərənlərə...
Müstəqillik dastanı yazdı əməlləriniz,
Deyilənlər sizinçün azdı, əməlləriniz
Qəlbdə sevgi yuvası qazdı əməlləriniz
Rəhmət de azadlığın ilk barın dərənlərə...
Müstəqillik yolunu bizə göstərənlərə...
Neçə igid oğullar can veribdi bu yolda
Çəkərək çox əziyyət, qan veribdi bu yolda
Gözünü qırpmadan hər an veribdi bu yolda
Sayğı göstər, hörmət et sən bu cür ərənlərə...
Müstəqillik yolunu bizə göstərənlərə...
Birləşdiz Vətən üçün məğlub oldu o yağı,
Çox heyif ki, görmədik, o zamanı, o çağı
Neçə igid ərəni, neçə cəsur, qoçağı
Xoş olsun o mərdləri, o çağı görənlərə...
Müstəqillik yolunu bizə göstərənlərə...
🍂MERAC🍂
©merac