Çox öncələr olmuş bu əhvalat sizə ərz eylərəm
Bəzi adamlar bir sual ustada istər söyləmək
Gəlmiş bu mətləblə olar ərz eyləmiş ustada ki,
Varmı bu dünyada donuzdan da günah bir şey yemək?
Ustadımız, Şahi-Nəcəf söylər cəvabən onlara:
Başqa bir insan haqqını yeməyi bil ki, istəmək
Min qat daha üstün günah, donuz yeməkdən bil bunu
Diqqət verək bir anlığa bu cavaba bizlər gərək
Min dəfə artıq bir günah isə donuzdan da əgər
Zülm ilə insan haqqını almaq, yemək, əxz eyləmək
Allah bizə eylib haram donuz ətini, yəni ki
Bu heyvanın əti olubdur ki, nəcislə müştərək
İndi belə insanların sən halına diqqət elə
Onlar nəcis illərlə qəbul eyləmişlər ki, demək
🍃MERAC🍃
©merac
M