Ç

Nə olar

Məni itirmisən xəyallarında,
Yadına düşmürəm,düşmürəm daha,
Köhnə xatirənin toz yollarında,
Yuxunda da olsa görüşmürəm mən.
Ruhumu yol yorub,ayaq sürüyür,
Bir azca yaxına gəlsən nə olar?
Ömrümü qar basır,ayaz bürüyür,
Bir anlıq baharım olsan nə olar?
Gözümdə həkk olub qalıb baxışın,
Həsrətə dayanmaq dözümdən gəlir,
Döndərə bilmədim bəxtin axışın,
Çağlayır,sənsizlik gözümdən gəlir.
Dilarə yazdıqca əriyən bir şam,
Köhnə kitab kimi bağlma məni,
Sənsiz yaşamıram,birgün olmasam,
Yeni öldü deyib ağlama məni.
©çarıkçı