Y

NƏ OLAR ÖZÜNƏ BAĞLAMA MƏNİ

Taleyin qisməti rast saldı bizi,
Yaşatdım qəlbimdə saf sevgimizi,
İtirəcəyiksə bir birimizi
Nə olar özünə bağlama məni
Bir xatirəm səndə qalmayacaqsa,
Gözlərin bir mənə baxmayacaqsa,
O, əllər mənimki olmayacaqsa
Nə olar özünə bağlama məni
Sənsiz bu dünyada mənə qəfəsdir.
Yazdığım şeirlər quru bir səsdir.
Sənin məhəbbətin, sevgin həvəsdir.
Nə olar özünə bağlama məni.
Əgər yoxdursa sevgi, məhəbbət.
Neyçün edir hamı bunu da adət?
Yoxsa ürəyində vəfa, sədaqət,
Nə olar özünə bağlama məni.
©yalin