Qəlbini duyan varsa,
Nə var xoşbəxt olmağa!
Bir isti yuvan varsa,
Nə var xoşbəxt olmağa!
Bir sevən ürək varsa,
Ürəkdə dilək varsa,
Bir soğan-çörək varsa,
Nə var xoşbəxt olmağa!
Könlü alan dildise,
Bəxt üzünə güldüsə,
Yar qədrini bildisə,
Nə var xoşbəxt olmağa!
©amine571
A