T

NƏ VƏFADAN DANIŞIRSAN

Çəkirəm hicrin ilə qüssə-kədər
nə vəfadan danışırsan mənə sən.
Zalima görkəmimə eylə nəzər,
nə vəfadan danışırsan mənə sən.
《《《《《《《《》》》》》》》》
Səndə Züleyxanın murdar həvəsi
xəyanət istəyi və şəh'vəti var
mən o,isteylərə qarşı çıxmışam
çün məndə YUSİFİN məhəbbəti var
özün-öz nəfsinə qulsan səndə
şeytanın hər günah xisləti var
sus daha şeytani sürətdə bəşər
nə vəfadan danışırsan mənə sən.
《《《《《《《《》》》》》》》》
Sürətin qarə bulud kimi qaralıb
göz yaşlarından yağış tek yağdı
arzular məhkum olub qəlb acısı
ümidlərində xəzan yarpağdı
bağlanıb üzüvə səadət qapısı
tənhalığ qəlbinə vurulan dağdı
məni həsrətinlə üzdün bu qədər
nə vəfadan danışırsan mənə sən.
《《《《《《《《》》》》》》》》
Sən özünü təravətli fəsli bahar
məni çovğun kimi elan etdin
tamamən tərki həyat demədin
ona uyğun kimi elan etdin
özünü əl çatmayan xülya bildin
məni məcnun kimi elan etdin
neçə ildir nə namə var nə xəbər
nə vəfadan danışırsan mənə sən.
💌💌💌

TƏNHA AŞİQ
©tenhaasiq